21 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi”nin başlanğıcını bildirən 21-ci Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild-2015”) sərgisinin açılış mərasimi oldu. Bu üç irimiqyaslı sərgi layihəsinin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group Plc.” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edirlər.

“Xəzər İnşaat Həftəsi”nin təntənəli açılış mərasimi müxtəlif ölkələrdən mühüm qonaqları bir araya topladı. Tədbirin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri c-b Campaolo Kutilo, İtalyanın Azərbaycandakı Ticarət Palatasının Baş direktoru c-b Luici D'Aprea, italyan pavilyonunun direktoru c-b Valerio Soldani, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, İspaniyanın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə konsulu Aurora Tarruella və “ITE Group Plc” şirkətinin icraçı direktoru c-b Edvard Stroon iştirak edirdilər.

Çıxış edənlər sərginin ölkənin inşaat sənayesi və Azərbaycanın müasir infrastrukturunun formalaşmasındakı mühüm rolunu qeyd etməklə yanaşı, müxtəlif ölkələrdən olan sənaye işçiləri və biznesmenlər arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılmasının da mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Bu ilki sərgidə də "FloorEx" şirkəti uğurla iştirak etmişdir. Şirkətimiz öz stendində döşəmə məhsulları sferasında ən son yenilikləri təqdim edərək müştərilərin geniş marağına səbəb olmuşdr. Bu səbəbdən  "FloorEx" şirkətinin stendi qonaqlar və tədir iştirakçıları tərəfindən ən çox ziyarət edilən stendlərdən biri olmuşdur.