Bu il vətəndaşlarımız və dünyada olan idman maşınlarının həvəskarları parlaq günəşli Bakıda ilk dəfə baş tutan möhtəşəm Formula-1 Avropa Qran Prisi yarışının şahidi oldu. 

Minlərlə insan Formula 1-in yeni vətəni Azərbaycana gələrək təntənəli açılış mərasiminə və sürət həddinin 360 km/saatı ötdüyü son dərəcə maraqlı keçən yarışa tamaşa etdi. Beləliklə, Bakı Şəhər Halqası dünyada ən sürətli şəhər treki olduğunu təsdiq etdi!

FloorEx şirkəti olaraq biz də bu nəhəng layihədə əmək sərf etdik. Şirkətimiz layihə çərçivəsində pit building  team building binalarının döşəmə təminatını və eyni zamanda döşəmə məhsullarının ustalıq işini yüksək peşkarlıqla həyata keçirmişdir.

Tələb edilən məhsulların vaxtında və tələb olunan meyarlara uyğun şəkildə təhvil verilməsi ilə yanaşı təxminən 1 ay davam edən quraşdırma işlərində usta komandamız növbəli rejimlə çalışaraq işləri vaxtında yekunlaşdırmağı bacarmışdır.

Layihədə əsasən şirkətimizin Azərbaycanda rəsmi distribüteri olduğu Associated Weavers və Forbo kimi Avropanın iri döşəmə istehsalçılarının məhsullarından istifadə olunmuşdur.

Qürur duyuruq ki, ölkəmizdə baş tutan bu cür nəhəng layihədə bizim də qatqımız oldu.