Yataq otağı

Yataq otağı  evinizin fərqli bir hissəsidir. Gününüzün faydalı və uğurlu keçməsi, psixoloji və fiziki cəhətdən gündəlik durumunuz yataq otağın şəraiti ilə sıx bağlıdır və siz yataq  döşəməsinin seçimini edərkən, ilk növbədə bu otağa aid  məqamları nəzərə almalısınız.

İlk öncə, yataq otağı evin istirahət ücün olan xüsusi sahəsidir, və bu otaq üçün istifadə olunan məhsullar otağın ümümi şəraitini tamamlayaraq ən əsas sizin rahat istirahətinizi təmin etməlidir.

Evin başqa sahələrində siz əsasən aktiv şəkildə həyat tərzi keçirdiyiniz halda yataq otağına istirahət üçün daxil olursunuz. Bu da o deməkdir ki, bu sahənin aşınması evin başqa sahələri ilə müqayisədə daha aşağıdır.

Ayrı bir məqam odur ki, yataq otağı evinizin ən şəxsi sahəsidir. Yataq otağı döşəməsi səhər qalxarkən ayağınızı qoyduğumuz ilk, yatarkən isə son qoyduğunuz döşəmədir. Bu səbəbdən məhsul seçimi edərkən sizin üçün əsas amillərdən biri onun daha çox dəb-dəbəli və ya müasir olması yox, sizin şəxsi zövqünüzə uyğun olmasıdır.

Başda otaqlardan fərqli olaraq yataq otağında ayaqyalın hərəkət edən anlarınız daha çox olmaqdadır və sizin ayaqlarınız döşəməyə toxunarkan sizə xoş hisslər bağışlamalıdır, bu nüans yataq otağı ucün döşəmə seçimində sizin nəzərinizdə olmalıdır.

Cəmiyyətimizdə sərt döşəmələr daha geniş istifadə olunduğuna görə yataq otaqlarında da sərt döşəmələrdən (parket, laminat) daha çox istifadə edilir.  Bu döşəmələrin ən əsas üstünlüyü odur ki, təmizlənmə və onlara qulluğ etmə işləri çox rahatdır. Yataq otağındaki parket və laminat döşəmələrin altından isti döşəmə vurulması məqsədəuyğundur. Təbii ki, bu çür döşəmənin xüsusiyyətlərin də istilik sistemləri ilə uyğun olması vacib bir məqamdır.

Son zamanlar xalıdan da istifadə edilməyə başlanıb. Bu da əsasən xalının isti və yumşaq olması ilə bağlıdır. Başqa yer örtükləri ilə müqayisədə xalı sərt döşəmə növü deyil, yumşaqdır, zədələrdən zərər görmür, səsuducu və səsizolyasiya qabiliyyəti daha yüksəkdir, ayaqaltını isti saxlayır və atlından istilik sistemlərin quraşdırmasını tələb etmir. Xalının üstündə ayaqyalın gəzmək ayaqaltı ücün bir massaj növüdir. Digər tərəfdən xalı ilə döşənmiş yataq otağının aurası daha gözəl olur və bu insanın gündəlik həyatına müsbət təsir göstərir. 

          Mətbəx

Necə ki qonaq otağı hər evin simasıdırsa, mətbəx də hər evin ürəyidir, hər cür mənada ən isti yeridir – burada həm daha çox hərəkət, həm  havanın daha yüksək hərarəti, həm daha fərqli sərt şəraitləri müşahidə etmək olar.

Mütəxəssislərin hesablamalarına görə mətbəx kimi balaca bir sahədə insanlar kiçik addımlama ilə ev içində irəlilədikləri yolun 50%-i keçirirlər. Həmin səbəbdən bu qədər ayaqlarla döyülən sahə üçün döşəmə məhsulun ən əsas özəlliklərindən biri onun yüksək davamlığlı olmalıdır.

Mətbəxdə görülən işlər zamanı havanın yüksək rütubətli olması döşəmələrdə bu amilə də aid ayrıca tələblər qoyur. Beləliklə, burada istifadə olunacaq taxta mənşəli sərt döşəmələr göstərilən təsirlərə davamlı xüsüsiyyətləri ilə seçilməlidir.

Mətbəxə döşəmə seçərkən bunu nəzərə almaq lazımdır ki, mətbəxdə hərəkət edən insanın əlindən sürüşüb yerə düşən əşyalar və qab-qacaq döşəməyə ziyan vura bilər. Yəni döşəmənin üst örtüyü zərbələrə davamlı olmalıdır. Əlavə olaraq yemək hazırlanan vaxtı örtük yerə düşən yağ və müxtəlif qida ləkələrinə qarşı dözümlü olmalı və sürüşməyən səthə sahib olmalıdır.

Təbii ki, bu cür təsirlərə məruz qalan döşəmənin təmizlənməsi rahat və asan olmalıdır ki, bu məsələnin həlli üçün siz çox zaman və gücünüzü sərf etməyəsiniz.

Bu baxımdan LVT (Lüks vinil) materialı mətbəx üçün ideal seçimdir. LVT-nin taxta və daş görünüşü olmaqla yanaşı, çox sayda dekor seçimi imkanları mövcuddur. Lakin təyinatı üzrə yarayan laminat və ya taxta döşəmələrin quraşdırılması da istisna olunmur və belə seçimləri edərkən siz döşəməyə xüsusi qayğı və nəzər yetirməlisiniz.

          Uşaq otağı

Uşaqlarımızın otaqlarını yaradaraq, biz ozündə mümkün gədər çox müsbət xüsusiyətləri çəmləyən seçimləri etməliyik.

İlk öncə nəzərə almaq lazımdır ki, uşaqlar günlərinin böyük əksəriyyətini oynamaqla, hərəkət etməklə keçirirlər və uşaq otağın yer döşəməsi kifayət qədər zərbələrə, sürtülmələrə, boya ləkələrinə davamlı olmalı, təmizlənməsi rahat olmalıdır. Bütün bunlarla yanaşı, bu otağda istifadə edilən yer örtüklərinin yüksək ekoloji tələblərə cavab verdiyinə diqqət etmək lazımdır. Bu, övladlarınızın sağlamlığı baxımdan çox önəmlidir.

Bu baxımdan ən uyğun seçim parket məhsullarıdır. Bu halda döşəmənin istilik sistemləri ilə təmin olunması məsləhətdir və döşəmə üçün istifadə olunan parket altdan isitməyə uyğun olmalıdır.

Əgər övladlarınız körpədirsə, siz onları zədələrdən və sürüşmələrdən sığortalamalısınız. Bu halda seçiminiz kovrolit olmalıdır. Digər tərəfdən kovrolitin səsudma qabiliyyəti əlavə səs-küyü önləyəcək, sizi qonşularınızın narazılığlarından sığortalayacaq. Geniş rəng və tekstur çeşidləri olan kovrolit növləri uşaqlarınız üçün oynayıb-əylənmək üçün çox rahat şəraiti təmin edə bilər.

          Dəhliz

Dəhliz evin girişı olaraq ən çox aşınmaya malik olan sahədir. O adətən evin bütün otaqları əlaqələndirən bir sahədir.

O biri tərəfdən, insanlar mənzillərə daxil olarkan evin başda otaqlarından fərqli olaraq burada ayaqqabı ilə hərəkət edirlər. Çöldən ayaqqabı ilə dəhlizə gətirilən qum və palçıq dənəcikləri, yağış damcıları döşəməyə düşən mexaniki təsiri daha çox artırir və sərtləşdirir.

Beləliklə, dəhliz döşəməsi ücün seçim edərkən, siz ilk növbədə məhsulun suya və aşınmaya qarşı olan davamlığına, rahat və asan təmizlənməsinə əsas diqqət yetirməlisiniz. Müasir yer örtükləri həm də sürüşmənin qarşısıni alan xüsusiyyətlərlə fərqlənir.

Təbii ki, bu amillər zövqünüzə və istəklərinizə uyğun görüntü seçimini istisna etmir. Evinizə daxil olarkan ilk addımlardan gözə xoş gələn interyeri görmək müsbət emosiyaların yaranması deməkdir.

Yuksək dözümlüyə malik olan 32-ci sinif laminat həm dözümlük tərəfdən, həm tekstura çeşidi tərəfdən sizin koridor döşəməsinə aid tələblərinizi ödəyən təklifdir.

Alternativ təklif kimi LVT-ni sadalamaq olar. Su və nəmişlik təsirlərindən hec qorxmayan bu məhsul səsudmaq və səskeçirməmək gabiliyyətlərinə də malikdir.

          Qonaq otağı 

Qonaq otağı evimizin əsl simasıdır. Bizim qonaqpərvər bir xalq olduğumuzu nəzərə alsaq, qonaq otağının önəmini bizim üçün daha çox olduğunu görmüş olarıq. Qonaqlarımızı evimizə qürurla dəvət etmək üçün qonaq otağımıza seçəcəyimiz döşəmənin digər xarakteristikalarından daha çox xarici görünüşünə diqqət etməliyik.

Bu halda qonaq otağın görünüşü həm sizin zövqünüzün, həm sosial durumunuzun, həm dəblə və müasir dizaynla ayaqlaşmanızın əksidir. Bu şərtlərə üyğun ən universal seçim taxta döşəmələridir. Təbii məhsul olaraq bu seçim təkçə görünüş və toxunuş nəzərdən yox, sağlam mühit nəzərindən də vacibdir.

Parket yer döşəmələri öz təkrarolunmaz teksturaları ilə sizə rahatlıq gətirir və daha dolğun istirahətinizi təmin edisr. Qabaqcıl texnologiyalar əsasında yaradılan parketin üst örtükləri sizi kifayət gədər davamlı və dözümlü döşəmə ilə təmin edir.

Lakin laminat örtüklərindən də istifadə olunması məqsədəuyğundur. Sərfəli qiymət və yüksək dözümlüklə bərabər müasir laminat növlərin görüntüləri və ekoloji göstəricilərinə görə taxta məhsullarına çox yaxındır. Textura seçımləri üzrə isə laminat məhsulları daha zəngin və genış çeşidindədirlər.

Həm laminat, həm parket lövhəsi tələb etdikləri qulluq şərtləri asandır və təmizlənmələri rahatdır, bu da sizin vaxtınızın qənaəti deməkdir. Beləliklə, eviniz üçün düzgün seçilmiş yer örtüyü sizin ümümi həyat tərzinizin yaxşılaşmasına qulluq edir.