Təhsil

Təhsil müəssisələrin təminatında döşəmə örtüyünün seçımi önəmli bir məqamdır. Təhsil hər bir cəmiyyətin gələcəyini təmin edən ən vacib resurslardan biridir. Bu mənada birbaşa və ya dolayısı yolla cavanlarımızın təhsilinə aidiyyəti olanların üzərinə yüksək məsuliyyət düşür, və bu təhsil ocaqların təmir-tikintisi ilə məşğul olanlara eyni şəkildə aiddir.

Bu ocaqlarda xüsusi bir mühit hökm sürür, burada uzun illər ərzində uşaqlarımızın, yeniyetmələrimizin, cavanlarımızın çox zamanları və həyatları keçir. Yer örtükləri həmin bu sahələrin böyük hissəsini əhatə edərək  onların ümumi mühitlərini formalaşdırırlar. Beləliklə, onlar ruh yüksəkliyinə və işgüzarlığa əhəmiyyətli təsir göstərirlər.

Döşəmə örtükləri həmçinin müsbət hal-əhvalı, daxili hava keyfiyyətini, rahatlığı və həmin sahələrin uzun müddətli istifadəsini təmin edən amillərdən biridir.

Yekun olaraq, yer örtüyün seçimi aşağıdakı parametrlər əsasında aparılmalıdır:

  • davamlılıq
  • müvafiq dizayn
  • ekoloji təhlükəsizlik
  • rahat təmizlənmə və qayğı
  • zədə təhlükəsizliyi

Tələblərinizi ödəmək üçün sizə bir neçə seçim variantı təklif edə bilərik. İlk növbədə  yüksək davamlığı olan parket lövhəsi modelləridir. Təbii ağac məhsulu olaraq parket lövhəsi təhsil ocaqlarına aid ənənəvi abu-havanı yaradır.

Siz həmçinin laminat örtüklərindən də istifadə edə bilərsiniz. Ağac və ya daş teksturalarını mükəmməl təkrarlayaraq bu örtük daha davamlı və maliyyə baxımından daha faydalıdır.

Müasir təklif olaraq sizə elastik örtüklərini təqdim edirik . Yuxarıda sadalanan bütün şərtlərə uyğun olamaqla yanaşı, onlar səs udma xüsusiyyətləri ilə seçılən bir məhsuldurlar, bu məqam isə təhsil müəssəsində sakitliyi yaradan vacib faktordur.

          Sənaye

Müasir sənaye yer döşəmələri binanın yalnız bir struktur elementi deyil, bu, qarajlar, anbarlar, istehsal zonaları və s. kimi daim çoxsaylı təsirlərə məruz qalan sahələri əhatə edən mürəkkəb bir sistemdir. Bu döşəmələrin səthlərinin yaşayış və ya digər sahələrlə müqayisədə düşən təsirlərə əlavə olaraq kimyəvi maddələr, günəş işığı, vibrasiya  və s. təsirlərə məruz qaldığı nəzərə alınmalıdır.

Təsiredici faktorların daha çox və daha kəskin olması səbəbindən sənaye üçün döşəmələr seçimində vacib olan amillər siyahısı daha genışdir:

  • binanın növü və təyinatı
  • binanın şəraiti və obyektin istismar xüsusiyyətləri
  • gigiyena tələbləri
  • maliyyə cəhətdən əlverişli olması
  • mövcud döşəmənin vəziyyəti
  • yanğın təhlükəsizliyi
  • asan təmizləməsi
  • UB-şüarlarına müqaviməti
  • su keçirməyən xüsusiyyəti
  • estetik görünüşü

Təqdim etdiyimiz məhsullar ekoloji təmiz olmaqla yanaşı bir o qədər də dözümlü və funksional xüsusiyyətlərə malikdir. İstifadə olunacaq sektora uyğun olaraq hər bir məhsul müxtəlif akustik, kimyəvi, fiziki və s. təzyiqlərə dözümlülük xassələrinə sahibdir. Deyilənlərin hamısını əminliklə PVC məhsullarına aid etmək olar.

Xüsusi təklif kimi giriş sahələri üçün ayaqaltı təmizləmə sistemləri qeyd etmək lazımdır. Sənaye sahələrində işləyən insanlar çox vaxt işə gəldikləri ayaqqabılarda çalışır. Hər hansı bir istehsal müəssisində təmizliyi təmin etmək istehsal prosesinin daha yaxşı nəticələri təmin etmək deməkdir.

          İdman

İlk növbədə qeyd etmək lazımdır ki, idman sahələrin təmir-tikinti işləri üçün ənənəvi təmir materialları uyğun gəlməyə bilər. Bu cür sahələrdə insanlar  müxtəlif   məşqlərlə məşğul olaraq ayaqları altında xüsusi örtük hiss etməlidirlər. Bundan əlavə, görünüşü ənənəvi məhsullara oxşar olsa da belə örtüklərin spesifik xüsusiyyətləri digərlərindən fərqləndirir.

İdman obyektlərin yer örtükləri aktiv mexaniki təsirlərə məruz qalırlar və bu təsirlərə uyğun olaraq aşınmaya qarşı yüksək müqavimətləri olmalıdır.

Sürüşməyə qarşı xüsusiyyətləri və amortizasiya qabiliyyətləri zədə alma halların saylarını minimuma endirir. Belə örtükləri quraşdıraraq siz böyük zədələnmələrdən sığortalanacaqsınız.

Döşəmə seçimini edərkən təklif olunan məhsulların ekoloji təhlükəsizliyinə də diqqət yetirməlisiniz. İstismar zamanı onlar heç bir zərərli maddə ifraz etməməlidirlər və qoxuları olmamalıdır.

İdman zalları üçün seçilən yer örtüyü əla səs udma xüsusiyyətinə malik olmalıdır. Bu zaman idman zalında bir neçə qrup insan məşqləri ilə rahat məşğul ola bilərlər, bu xüsusilə təhsil müəssisələrin idman sahələri üçün vacib bir məqamdır.

Ən vacib şərtlərdən biri də məhsulun üst örtüyünün rahat təmizlənməsi, çoxsaylı yuyucu vasitələrin istifadə mümkünlüyüdür. Bundan əlavə, döşəmənin tər damcılarının təsirlərinə qarşı dözümlülük xüsusiyyəti olmalıdır.

Məhsula aid rənglər çeşidi idman salonunun dizaynına uyğun olaraq ümumi mühiti tamamlamalıdır.

Sizə təklif etdiyimiz Avropa istehsalçılarının məhsulları sırasında bütün bu amilləri özlərində cəmləyən  idman obyektləri üçün xüsusi parket növləri və idman təyinatlı yumşaq PVC örtükləri  mövcuddur.

          Otel

Otellər üçün yer örtüklərinin seçimi, hər hansı digər sahələrdəki kimi, iki əsas şərtdən asılıdır – xarici görünüşdən və məhsulun keyfiyyət xüsusiyyətlərindən. Lakin otellərin döşəmələrinə qoyulan bir sıra tələblər xüsusi seçilir və “otel spesifikasiyaları” adlanır.

Otel spesifikasiyalar çərçivəsində məhsulların otelin ulduz saylarına, otaqların səviyyə göstəricilərinə, sahələrin təyinatına uyğun olaraq bölgüləri mövcuddur.

Otellər yaşayış üçün bir məkandır. Otel döşəmə örtüyünün seçimi spesifik bir məsələdir və başqa yaşayış sahələri (mənzillər, evlər və s.) üçün edilən seçimdən fərqlənir.

Otel döşəməsinin aşınmaya qarşı müqaviməti mənzillərdə istifadə olunan məhsulların müqavimətindən xeyli yüksək olmalıdır. İl ərzində onların üstündən yüzlərlə, minlərlə, on minlərlə insan hərəkəti yaşanır. Dəhlizlərə, zallara, qeydiyyat hissələrinə, bar və salonlara bu məqamı xüsusilə aid etmək olar.

Önəmli bir göstərici kimi rütubətə olan müqaviməti də qeyd etmək olar.  Bu hal giriş sahələrinə və texniki xidmət zonalarına xüsusilə aiddir.

Böyük əhəmiyyəti olan amil kimi döşəmənin yeniləmək imkanını sadalamaq olar. Otel döşəmələrin üzərinə böyük yük düşdüyü halda hər hansı bir anda zədələnmiş örtüklərin asan dəyişdirilmə ehtiyacı yarana bilər.

Oteldə gündəlik çoxsaylı insan axını yer örtüklərinə qısa müddətdə təmizlənməsi tələbini goyur. Bu baxımdan təmizlik və qulluq işlərinin asanlığı da nəzərə alınmalıdır. 

Çox vacib göstəricilərdən biri istifadə olunan məhsulun yanğın təhlükəsizliyidir. Otel üçün yer örtüyü seçərkən siz gələcəkdə bu oteldə qalan insanlar qarşısında  məsuliyyət daşıdığınızı bilməlisiniz.

Bu sadalanan tələblərə cavab verən döşəmələri bizdən təchiz edə bilərsiniz. Bunlar həm parket məhsulları, həm laminat, həm elastik döşəmələr - PVC, həm giriş sistemləri, həm də otel sahələrində geniş istifadə olunan kovrolit məhsullarının növləri ola bilər.

          Ticarət obyektləri

Şübhəsiz ki, ticarət obyektləri günümüzün ən çox ziyarət edilən məkanlarından birinə  çevrilib. Həmçinin bu obyektlər hər bir insanın öz individuallığını formalaşdırmağa, yemək yeməyə, əylənməyə və işgüzar görüşlər keçirməyə yarayır.

Rahatlıqla demək olar ki, ticarət mərkəzləri müasir memarlığın ən çox müşahidə olunan əksinə çevrilib. Burada hər dükanda, pavilyonda və hətta mərtəbədə sanki yeni bir dünyaya daxil oluruq.

Hər bir ticarət obyektinin yaradılmasında milli dəyərlər, təqdim olunan brend və ya servisin elementlərinin kombinasiyası ortaya fərqli bir mozaikalar çıxardır. Bizim təqdim etdiyimiz geniş məhsul palitrasında siz hər bir məkana uyğun döşəmə tapa biləcəksiniz.

Ticarət sahələri üçün PVC örtüklərin növləri özlərində bir sıra üstünlükləri cəmləyib, onların sırasında aşınmaya davamlılıq, suya və nəmişliyə müqavimət, elektrostatik xüsuisyyətləri və seçim üçün mövcud olan çoxsaylı rəng və tekstura çeşidlərini aid etmək olar. Bütün bunlar ticarət obyektində cəlbedici interyeri yaratmaq üçün sizə geniş imkanlar yaradır.

Ənənəvi olaraq xırda və orta ticarət obyektlərində laminat daha geniş istifadə olunur. Müasir laminat örtükləri öz keyfiyyətlərinə görə sizin tələblərinizə uyğun ola bilən bir məhsuldur.

Ticarət obyektlərinin ən çox ziyarət edilən yerlərdən olduğunu qeyd etmişdik. Gün boyu yüzlərlə, minlərlə insanın ziyarət etdiyi məkanın təmiz qalması da ciddi tələblərdəndir. İnsanlar çöldən ayaqqabılarının dabanları altında palçıq, qum, kirləri gətirirlər. Bu səbəbdən təmizlənmə işlərinin tez və rahat təşkil edilməsi üçün daxil olunma zonalarında giriş sistemləri quraşdırılması çox vacibdir.

          Nəqliyyat

İstər qatar, istər avtobus, istər təyyarə, istər gəmi olsun, rəsmi distribüteri olduğumuz Fransanın Gerflor və İsveçrənin Forbo şirkətlərinin məhsulları sırasında hər bir nəqliyyat vasitəsinə uyğun döşəmə növü mövcuddur. Daha rahat atmosfer yaratmaq üçün istər ənənəvi tək tonlu, istər sizin dizaynınıza uyğun, çox tonlu geniş sayda çeşidləri bizdən təmin edə bilərsiniz.

Nəqliyyat üçün istifadə olunan yer örtükləri demək olar ki, ən ekstremal şəraitdə öz funksiyalarını yerinə yetirirlər. Məhz bu səbəbdən seçim zamanı önəmlı şərtlər kimi hansısa ayrı xüsusiyyətlər yox, bütün xüsusiyyətləri özlərində kompleks şəkildə cəmləyən şərtlər olmalıdır.

Aşınmaya davamlıq, məhsulun xüsusi strukturu və quruluşu, sürüşməyə qarşı müqavimət, asan qulluq və təmizlənmə, mənfi və yüksək temperatur şəraitlərində stabillik, gözəl görünüş, rəng və tekstura çeşidi, günəş şüarlarına qarşı dözümlük, asan və tez quraşdırılma, ekoloji təhlükəsizlik, maliyyə cəhətdən əlverişli – bu şərtləri özlərində toplayan məhsullar mövcuddur və bunları əldə etmək üçün sadəcə "Floorex"-ə müraciət etmək lazımdır.

          Səhiyyə

Səhiyyə müəssisələri ən mürəkkəb və funksional döşəmə sistemlərini tələb edirlər. Döşəmələr binanın hissəsindən asılı olaraq ehtiyaclarına uyğun spesifik, müxtəlif tələblərə cavab verməli və bu hissələrin arasında funksionallıq və dizayn baxımından harmonik keçidi təmin etməlidir.

Gigiyena və hava keyfiyyəti standartlarına, elektrostatik göstəricilərə tam şəkildə cavab verməsi, çoxsaylı insan axınına dözümlülük, su və kimyəvi maddələrə dözümlülük, akustik xüsusiyyətlər, iş rahatlığı və s. – bunlar hamısı nəzərə alınmalıdır. Yer səthinin dizaynı da sağlamlığa stimul verməlidir.

Şirkətimiz sizə tikinti sektorunun ən geniş çeşiddə, yüksək keyfiyyətli səhiyyə döşəmələrini təklif edir. Biz təcrübəyə əsaslanaraq sizə, səhiyyədə çalışanlara xidmət etmək üçün yaradılmış, tikinti zamanı obyektlərin tam formalaşması üçün məhsullar təqdim edirik.

Səhiyyə obyektlərinin dəhlizləri, əməliyyat və sarğı otaqları, xüsusi texniki sahələri üçün ən universal təklifimiz PVC örtükləridir.

Sahələrin inzibati hissələrində döşəmə üçün lövhə parket və ya laminat məhsullarını seçmək olar. Konfrans, iclas və yığıncaq sahələrində müasir xalça (kovrolit) örtüklərini istifadə etmək məsləhətdir.  Və nəhayət, səhiyyə obyektlərində təmizliyi təmin etmək üçün girişlərdə ayaqaltı təmizləmə sistemlərin quraşdırılması məqsədəuyğundur.